Əbülfəs Qarayev vətəndaşlarla görüşəcək


14:19     27 Mart 2017 ebulfes86.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 29-da İsmayıllıda vətəndaşları qəbul edəcək.


Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, qəbula Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar qatılacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.


Femida.az

Açar sözlər:

Oxunub: 626