Əbülfəs Qarayev Xaçmaza gedir


22:11     24 May 2017 ebulfes.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək.


Bu barədə Femida.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qəbul mayın 30-da saat 11ºº-da Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində (Heydər Əliyev prospekti, 1) başlayacaq. Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla, rayon mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 713