Əbülfəs Qarayev İsrail səfiri ilə görüşüb


20:00     07 İyun 2017 isr.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrailin Azərbaycandakı səfiri Dan Stavı qəbul edib.


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

İyunun 7-də İsrail səfirliyinin təşkilatçılığı və nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin 25-ci ildönümünə həsr olunmuş tədbirin proqramı nəzərdən keçirilib.

Səfir Dan Stav İsrail tərəfinin hər il ölkəmizdə təşkil olunan Bakı Beynəlxalq Caz Festivalında daha aktiv iştirak etmək niyyətində olduğunu bildirib.

Nazir Əbülfəs Qarayev ölkəmizdə turizm imkanlarının genişləndirildiyini və müvafiq infrastrukturun yaradıldığını, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin mövcudluğunu nəzərə alaraq, Azərbaycanın İsraildən gələn turistlər üçün daha cəlbedici olacağına və bu istiqamətdə turist axınının artacağına inamını ifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 765