Qoyun oğruları tutulub
01:27 30 Aprel 2017
Oğurluq edən Zərdab rayon sakinləri tutulub.
Zərdab rayon Şəftəhal kənd sakini, Rafael Əzim oğlu Xəlilov Rayon Polis Şöbəsinə fərdi təsərrüfatında ki, 4 baş xırda buynuzlu heyvanın oğurlanması ilə bağlı ərizə ilə müraciət edib. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəliquşçu kənd sakini, Amin Mehdi oğlu Səlimov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, A. Səlimov həmkəndlisi yetkinlik yaşına çatmayan Ramin Təvəkkül oğlu Qarayevlə əlbir olaraq rayon ərazisində müxtəlif kəndlərdə sakinlərə məxsus xeyli sayda xırda buynuzlu heyvanları oğurlayaraq onlardan 4380 manat pul əldə ediblər.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)
Femida.az
Oxunub: 1741
Oxşar xəbərlər
- Qoyun oğrusu tutuldu
- Qoyun oğruları tutuldu
- Qoyun oğurlayan çobanlar tutulub
- Qoyun oğrusu tutuldu - Şabranda
- Qoyun oğurluğu ilə məşğul olanlar tutuldu
- Qoyun oğrusu azadlığa buraxılıb
- Qoyun otarmağa gedən gənc özünü ağacdan asdı
- Qoyunları yumağa getdi - Boğulub öldü
- Qoyun oğrusu tutuldu
- Qoyun oğrusu tutuldu