Qoyun oğrusu tutuldu


00:55     27 Dekabr 2017 1405689430_1391632478_cenubnews-hebs-yeni1.jpg

Qəbələ rayonunda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər tutulub.

Oğurluq hadisəsi dekabrın 25-də Qəbələ rayon Zarağan kəndində baş verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis leytenantı Mahir Məsimov bildirib ki, Zarağan kənd sakini Barikə Məmmədova Qəbələ rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus 17 baş xırdabuynuzlu mal-qaranın oğurlandığını bildirib.
Polis şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Onların Qəbələ rayonu Zarağan kənd sakinləri İlkin Bəhərçinov, Şiralı Paşazadə və Anar Əliyev olduğu müəyyən edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar oğurladıqları heyvanları rayonun Tüntül kənd sakinlərindən birinin həyətindəki tövlədə gizlədiblər. Oğurlanmış heyvanlar polis əməkdaşları tərəfindən götürülərək sahibinə qaytarılıb.



Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 768