Qoyun oğrusu tutuldu - Şabranda


00:01     05 May 2017 2015-06-02-14-41-58hebs-olundu-liderxeber-yeni-full-qandal-6408.jpg

Şabran rayonunda iki oğurluq faktının üstü açılıb.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şabran rayon sakini Camal Həsənova məxsus təsərrüfatdan qoyun oğurlayan şəxs saxlanılıb.

Şabran sakini, 1980-ci il təvəllüdlü Ocaqov Fizuli Bafadar oğlu C. Həsənova məxsus iki baş qoyunu oğurlayıb satıb. Üçüncü dəfə də eyni yerdən qoyun oğurlayan F. Ocaqov Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. Saxlanılan şəxs birinci oğurladığı qoyunu 250 manata, ikincini 200 manata satdığını etiraf edib.

Digər əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini Hacıağa Qurbanova məxsus VAZ 2106 markalı avtomobili oğurlamaqda təqsirli bilinən şəxslər tutulub. Səxavət Abdullayev və Elməddin Rzayev Şabran RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Sözügedən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 784