Mehman Qələndərovun intiharı ilə bağlı Rəsmi Açıqlama


17:49     30 Aprel 2017 prok95.jpg

Baş Prokurorluq məhkum Qələndərov Mehman Hüseyn oğlunun intihar etməsi ilə bağlı məlumat yayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Qeyd edək ki, M. Qələndərov aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib. Onun barəsində Nəsimi məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib.

M. Qələndərov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 925