Mehman Əliyevin şikayəti təmin edilməyib
20:19 30 Avqust 2017
Bu gün Bakı Apellyasiya Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Femida.az xəbər verir ki, məhkəmə qərarına əsasən, M.Əliyevin apellyasiya şikayəti təmin edilməyib.
Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, M.Əliyev avqustun 25-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.
Avqustun 26-da isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 822
Oxşar xəbərlər
- Mehman Hüseynovun məhkəməsi oldu
- Mehman Hüseynovun məhkəməsi başlayıb
- Mehman Əliyev azadlığa çıxdı
- Mehman Əliyevin məhkəməsi olacaq
- Mehman Əliyev apellyasiya şikayəti verib
- Mehman Əliyevə yeni ittiham irəli sürülüb
- Mehman Hüseynovdan XƏBƏR VAR
- Mehman Qələndərovun intiharı ilə bağlı Rəsmi Açıqlama
- Mehman Qələndərovun intiharı ilə bağlı cinayət işi açılıb
- Mehman Hüseynovdan xəbər var - Məhkəməsi olub