Mehman Hüseynovdan XƏBƏR VAR


18:59     15 May 2017 mehman%20huseynov.jpg

Həbsdə olan bloqger Mehman Hüseynovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.


Femida.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O, kassasiya şikayətində M. Hüseynov barəsində bəraət hökmünün çıxarılmasının xahiş edildiyini bildirib.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 4347