Oğuzda partlayış olub - Bir ailənin 3 üzvü yaralanıb
16:01 05 May 2017
Oğuz rayonunun Calud kəndində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Femida.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 4-də saat 19 radələrində kənd sakini Mərdan Həsənovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Nəticədə evin pəncərə şüşələri sınıb, 12 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Hadisə zamanı yanıq xəsarəti alan ev sahibi, arvadı Leyla və oğlu Elnur xəstəxanaya yerləşdiriliblər.
Femida.az
Oxunub: 1308