Oğuzda iki qardaş döyüldü


13:49     04 Oktyabr 2017 dava37.jpg

Oğuzda iki qardaş həmkəndliləri tərəfindən döyülüb.


Oğuz rayon Polis Şöbəsindən Femida.az-a bildirilib ki, bu gecə saat 04.00 radələrində Oğuz rayonu Ərmənət kənd sakinləri - 1987-ci il təvəllüdlü Əyyub Həsən oğlu Əyyubov və onun qardaşı, 1989-cu il təvəllüdlü Elmir müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

APA-nın məlumatına görə, Əyyub və Elmir onları həmkəndlilərinin döydüklərini bildiriblər. Əyyuba bədənin ümumi travması, başın yumşaq toxumalarının əziyi, Elmirə isə başın alın nahiyəsinin qapalı travması diaqnozu qoyulub. Qardaşların müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 866