Ərəb nazir Şəhidlər xiyabanında
01:30 23 May 2017
Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyan mayın 22-də Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Oxunub: 609
Oxşar xəbərlər
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Ərəb Dövlətləri Liqası ABŞ-a çağırış etdi
- Ərəbistanın cənubu 27 raketlə hədəfə alındı
- Ərəb turist Bakının mərkəzində restoran sahibini döydü
- Ərəb turistləri yenə də ilk sırada
- Ərəb ölkələrinin tələbləri beynəlxalq hüquqa ziddir - Ərdoğan
- Ərəbin pulunu oğurlayan qadınlar tutuldu
- Ərəb Əmirliyində şok qərar - Qətərə rəğbət bəsləyənlərə 15 il həbs veriləcək
- Ərəb nazir Azərbaycana gəlir
- Ərəb dilini tez öyrənmək istəyənlərin nəzərinə!