Ərəb turist Bakının mərkəzində restoran sahibini döydü
00:55 31 İyul 2017
Bakıda xarici ölkə vətəndaşları arasında dava-dalaş olub.
Femida.az lent.az-a istinadən xəbər verir ki, İçərişəhərdə - H.Z.Tağıyev küçəsində yerləşən və Pakistan vətəndaşı olan 1971-ci il təvəllüdlü Malik Azhar Abbasa məxsus “Tac Mahal” restoranında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxs hesabla bağlı narazılığını bildirib.
Hesabın şişirdildiyini deyən turist xidmətçilərlə mübahisə edib və məsələni aydınlaşdırmaq üçün obyektin sahibi olan pakistanlı iş adamı masaya yaxınlaşıb. Bu zaman tərəflər arasındakı münaqişə daha da şiddətlənib və ərəb turist pakistanlı iş adamına hücum edərək ona zərbələr endirib.
Restoranın sahibi üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib. onun xəsarətinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.
Oxunub: 837
Oxşar xəbərlər
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Ərəb Dövlətləri Liqası ABŞ-a çağırış etdi
- Ərəbistanın cənubu 27 raketlə hədəfə alındı
- Ərəb turistləri yenə də ilk sırada
- Ərəb ölkələrinin tələbləri beynəlxalq hüquqa ziddir - Ərdoğan
- Ərəbin pulunu oğurlayan qadınlar tutuldu
- Ərəb Əmirliyində şok qərar - Qətərə rəğbət bəsləyənlərə 15 il həbs veriləcək
- Ərəb nazir Şəhidlər xiyabanında
- Ərəb nazir Azərbaycana gəlir
- Ərəb dilini tez öyrənmək istəyənlərin nəzərinə!