Ərəb turistləri yenə də ilk sırada
12:59 25 İyul 2017
Bu gün Azərbaycana gələn ən çox əcnəbi turistlər arasında Ərəb ölkələrindən olan turistlər ilk yeri tutur.
Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, sonrakı yerləri Rusiya, İran və Avropa turistləri tutur.
Assosiasiya sədri əlavə edib ki, turistlərin ən çox səfər etdiyi bölgələr Quba, Qəbələ və Şamaxıdır.
N.Bağırov hazırda Azərbaycanda hotel yerlərinin dolma göstəricisinin də yüksək olduğunu, adıçəkilən bölgələrdə isə yer çatışmazlığının müşahidə edildiyini açıqlayıb: “Məsələn, bu gün Qəbələdə, Qubada demək olar ki, bütün hotellərdə yerlər tam dolub. Ancaq buna baxmayaraq, yer tapa bilməyən qonaqların bir yerdən digər yerə səfər etməsinə kömək edirik, onları yeni istiqamətlərə - başqa rayonlara göndəririk”.
N.Bağırov qeyd edib ki, hazırda bu problemin aradan qaldırılması üçün adıçəkilən bölgələrdə yeni hotellərin tikintisi istiqamətində işlər aparılır. (Trend.az)
Femida.az
Oxunub: 1183
Oxşar xəbərlər
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Ərəb Dövlətləri Liqası ABŞ-a çağırış etdi
- Ərəbistanın cənubu 27 raketlə hədəfə alındı
- Ərəb turist Bakının mərkəzində restoran sahibini döydü
- Ərəb ölkələrinin tələbləri beynəlxalq hüquqa ziddir - Ərdoğan
- Ərəbin pulunu oğurlayan qadınlar tutuldu
- Ərəb Əmirliyində şok qərar - Qətərə rəğbət bəsləyənlərə 15 il həbs veriləcək
- Ərəb nazir Şəhidlər xiyabanında
- Ərəb nazir Azərbaycana gəlir
- Ərəb dilini tez öyrənmək istəyənlərin nəzərinə!