Gürcüstandan görün nə gətirdilər - Gömrükdə əməliyyat
14:50 01 İyun 2017
Gömrükçülər avtomobildən 38 ədəd mobil telefon aşkar ediblər.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21 074 " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin ön sağ və sol qanadlarının içərisində gömrük nəzarətindən gizlədilən 28 ədəd Nokia, 10 ədəd Samsung markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 36 ədəd adapter, 19 ədəd qulaqcıq, 34 ədəd qutu və 30 ədəd batareya aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1336
Oxşar xəbərlər
- Gürcüstandan maşın gətirənlər DİQQƏT: “Prikidka” qadağan olundu
- Gürcüstandan Azərbaycana fişəng gətirmək istədi
- Gürcüstandan gələn maşından 59 telefon çıxdı
- Gürcüstandan narkotik gətirmək istəyən tutuldu
- Gürcüstandan gələn maşından fişəng tapıldı
- Gürcüstandan Azərbaycana pul daşıyanlar - Karikatura
- Gürcüstandan partlayıcı gətirənlər tutuldu
- Gürcüstandan gələn soydaşlarımıza qarşı niyə laqeydik?
- Gürcüstandan Metsamora etiraz: “Dünya üçün təhlükədədir”
- Gürcüstandan Türkiyəyə dəstək