Gürcüstandan gələn maşından fişəng tapıldı
14:26 22 Sentyabr 2017
Avtomobildə gizlədilən pirotexniki vasitə və fişənglər gömrükdə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin kapotunda və alt hissəsində, üzərində "Petards" yazısı olan 30 blok (hər birində 10 qutu olmaqla) pirotexniki vasitə, həmçinin üzərində "Magical candle 40 boll" yazısı olan 9 blok (hər birində 10 ədəd olmaqla) və üzərində "25 shots cake" yazısı olan 16 ədəd fişənglər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 896
Oxşar xəbərlər
- Gürcüstandan maşın gətirənlər DİQQƏT: “Prikidka” qadağan olundu
- Gürcüstandan Azərbaycana fişəng gətirmək istədi
- Gürcüstandan gələn maşından 59 telefon çıxdı
- Gürcüstandan narkotik gətirmək istəyən tutuldu
- Gürcüstandan Azərbaycana pul daşıyanlar - Karikatura
- Gürcüstandan görün nə gətirdilər - Gömrükdə əməliyyat
- Gürcüstandan partlayıcı gətirənlər tutuldu
- Gürcüstandan gələn soydaşlarımıza qarşı niyə laqeydik?
- Gürcüstandan Metsamora etiraz: “Dünya üçün təhlükədədir”
- Gürcüstandan Türkiyəyə dəstək