Gürcüstandan Azərbaycana fişəng gətirmək istədi


19:26     29 Noyabr 2017 fiseng.png

Gürcüstandan Azərbaycana maşının təkərində fişəng gətirən şəxs saxlanılıb.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21074” markalı minik avtomobilinə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin təkərlərinə reaksiya verdiyi üçün avtomobil əsaslı şəkildə yoxlanılıb. Nəticədə, avtomobilin təkərlərinin içərisində 80 ədəd "Big cracker” və 18 ədəd "Draggon eggs cracker” markalı pirotexniki vasitələr aşkarlanıb.

Xatırladaq ki, aşkar edilən pirotexniki vasitələr yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan vura bilir. Bununla belə, partlayıcı xassəyə malik bu predmetləri avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək, həm də onlarla digər insanın həyatını təhlükə altında qoymaq deməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 980