Şirkət sahibi ağacdan yıxılaraq öldü


20:16     02 İyun 2017 taninmis-is-adami-ag-c5f4e4cf290478b2279e.jpg

Türkiyənin İzmir şəhərində tanınmış iş adamı Abdullah Danacı evinin baxçasında ağac budayarkən yığılaraq həyatını itirib.


Türkiyə KİV-lərinin yaydığı məlumata görə, Danacı ağacları budayarkən müvazinətini itirib və yerə yıxılıb. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, həkim gələnə qədər o, həyatını itirib.

Qeyd edək ki, 70 yaşlı Abdullah Danacı 52 ildir ayaqqabı biznesində çalışırdı. Onun sahibi olduğu “Danacı” ayaqqabı şirkəti Türkiyədə ən böyük ayaqqabı istehsalçılarından biridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1855