İtaliyada zəlzələ olub
13:15 10 İyun 2017
İtaliyanın Akvila şəhərində 3,9 bal gücündə zəlzələ baş verib.
Femida.az xəbər verir ki, yeraltı təkanların ocağı 13 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Məlumata görə, təşviş içində evlərini tərk edən əhali küçələrə çıxıb.
Qeyd edək, ötən il, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib, 300-ə yaxın insan təbii fəlakətin qurbanı olub.
Femida.az
Oxunub: 745
Oxşar xəbərlər
- İtaliyada partlayış baş verib, dörd nəfər yaralanıb
- İtaliyada azərbaycanlı və erməni deputatlar arasında gərginlik olub
- İtaliyada zəlzələ olub
- İtaliyadan gətirilən ağaclarda xəstəlik aşkar edilib
- İtaliyada 3 nəfər vulkan kraterində ölüb
- İtaliyada zəlzələ baş verdi
- İtaliyada qatar faciəsi - 10 nəfər yaralanıb
- İtaliyada 16 məktəbli yanaraq öldü
- İtaliyada güclü zəlzələ baş verib
- İtaliyadakı zəlzələdə xeyli insan yaralanıb - YENİLƏNİB