İtaliyada partlayış baş verib, dörd nəfər yaralanıb


23:05     01 Yanvar 2018 italya_ambulance_280716.jpg

İtaliyanın Turin şəhərində bombanın partlaması nəticəsində 4 nəfər yaralanıb.

Trend-in "Stampa" qəzetinə istinadən verdiyi məlumata əsasən, partlayış şəhərin kənar rayonlarının birində baş verib. Əldəqayırma bomba zibil qutularının birində yerləşdirilibmiş.

Partlayış nəticəsində iki mərakeşli və iki italiyalı yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış zamanı 12 oxşar partlayıcı qurğu və patron aşkarlayıblar. Hazırda polis partlayıcı qurğu hazırlayanların axtarışı ilə məşğuldur.

Femida.az

Açar sözlər:

Oxunub: 690