Göyçayda qəbiristanlıq yanıb
01:25 27 İyun 2017
Göyçay rayonunda qəbiristanlıq ərazisi yanıb.
Hadisə bu gün axşam saatlarında Göyçayın Potu kəndi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Kənd sakinləri Ramazan bayramı günü qəbiristanlıqda təmizlik işləri görüblər və dünyasını dəyişən insanların məzarının ətrafındakı kol-kosu və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.
Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kənd qəbiristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıblar və yaxınlıqdakı evlər, yardımçı tikililər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır. (apa)
Femida.az
Oxunub: 1050
Oxşar xəbərlər
- Göyçayda cinayət - Gəncin damarını doğradılar
- Göyçayda partlayış - yaralılar var
- Göyçayda reyd: 140 sürücü cərimələnib
- Göyçayda 17 yaşlı oğlanı maşın vurub
- Göyçayda regional müşavirə keçirildi
- Göyçayda avtobus yandı, 30 sərnişin təxliyyə edilib
- Göyçayda 3 otaqlı ev yanıb
- Göyçayda intihar - 42 yaşlı kişi özünü asıb
- Göyçayda iki avtobus yanıb
- Göyçayda zəncirvari yol qəzası baş verib