Göyçayda 3 otaqlı ev yanıb


00:13     04 Avqust 2017 1436418566_gedebeyde-rayonunda-sexde-yangin-bash-verib.jpg

Göyçay rayonunda fərdi yaşayış evi yanaraq külə dönüb.


Hadisə bu gün saat 19.30 radələrndə Göyçayın Mirzəhüseynli kəndində qeydə alınıb. Kənd sakini 36 yaşlı Kərimov Ceyhun Malik oğluna məxsus ümumi sahəsi 90 kv. metr olan üç otaqlı evində yanğının söndürülməsi üçün əraziyə FHN-nn Göçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın söndürüb, alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğına elektrik naqillərində qısaqapanmanın baş verməsi səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 704