Göyçayda regional müşavirə keçirildi


19:05     13 Oktyabr 2017 goycay.jpg

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.


Femida.az-ın xəbərinə görə oktyabrın 13-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vətəndaşların təklif, irad və şikayətləri ilə yerindəcə tanış olmaq üçün Göyçay rayon Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib.

Nazirliyin aidiyyatı struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Göyçay, Kürdəmir, Ucar, Ağdaş və Mingəçevirdə yaşayan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələləri əhatə edib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

Hər bir vətəndaşın probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 950