İmişlidə 3 otaqlı ev yandı


13:09     29 İyun 2017 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64096.jpg

İmişlidə yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Muradalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 852