İmişlidə iki ev yandı


21:13     03 Sentyabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

İmişli şəhərində ümumi sahəsi 160 m2 olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 80 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 2 m2 sahədə yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 661