Kərkükdə terror aktının qarşısı alındı


02:00     06 İyul 2017 1499270501.jpg

İraqın Kərkük bölgəsində hücum hazırlığında olan 3 İŞİD üzvü təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.


Bu barədə Kərkük Rayonlar və Nahiyələr Polis rəisi general-mayor Sərhad Qədir açıqlama verib. Qədir gecə saat 2:00-da Nəsr məhəlləsində keçirilən əməliyyatda 3 İŞİD üzvünün nəzarətə götürüldüyünü deyib. Hücum üçün şəhərə sızdığı müəyyən edən İŞİD üzvləri ifadələrinin alınmasından sonra məhkəməyə göndərilib. General-mayor Sərhad Qədir həmin şəxslərin Havicəli olduğunu və təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda yer aldığını qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 605