Qadını zorlayıb çılpaq şəkilləri ilə şantaj etdilər - Avtobus sürücülərinə hökm oxundu
16:20 11 İyul 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən avtobus sürücüləri Tacəddin Zeynalov və Camal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətində azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən il dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.
Məlumata görə, 30 yaşlı Dilarə (şərtidir) adlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyev ilə tanış olub. Bir neçə gün sonra isə o, C.Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etirazını bildirib.
Bundan sonra sürücülər Dilarəni zorlayıblar.
Onu da deyək ki, təqsirləndirilən şəxslər Bakı şəhər sakini olan qadının açıq-saçıq şəklini internetdə yayacaqlarını deyərək, ona qarşı hədə-qorxu gəliblər.
Oxunub: 10999
Oxşar xəbərlər
- Qadının başını qırxıb qabırğasını sındırdılar - (VİDEO)
- Qadını vurub qaçan sürücü tutuldu
- Qadını maşınla vurub qaçdı
- Qadının bank hesabından pul oğurladılar
- Qadının çantasını alaraq qaçan şəxs tutulub
- Qadını maşın vurdu -`Hamamda yıxılmışam` dedi
- Qadını maşınla vurub qaçdı
- Qadının zorla qaçırılması ilə bağlı DİN açıqlama yaydı
- Qadının maşınından pul apardılar
- Qadının kartından pul oğurlayan tutuldu