Qadını vurub qaçan sürücü tutuldu
19:09 18 Dekabr 2017
Dekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehriban Ələkbərova vurulub.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yol-nəqliyyat hadisəsinin avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə “İsizu” markalı xətt avtobusunu idarə edərkən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aqşin Kərimov saxlanılaraq istintaqa təhvil verilib.
Oxunub: 1031
Oxşar xəbərlər
- Qadının başını qırxıb qabırğasını sındırdılar - (VİDEO)
- Qadını maşınla vurub qaçdı
- Qadının bank hesabından pul oğurladılar
- Qadının çantasını alaraq qaçan şəxs tutulub
- Qadını maşın vurdu -`Hamamda yıxılmışam` dedi
- Qadını maşınla vurub qaçdı
- Qadını zorlayıb çılpaq şəkilləri ilə şantaj etdilər - Avtobus sürücülərinə hökm oxundu
- Qadının zorla qaçırılması ilə bağlı DİN açıqlama yaydı
- Qadının maşınından pul apardılar
- Qadının kartından pul oğurlayan tutuldu