Rusiyanın yeni səfiri Ankaradadır
14:50 15 İyul 2017
Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankaradadır. Yerxov Türkiyə Parlamentinin, keçən il iyul ayında ölkədə hərbi çevrilişə cəhdə həsr olunmuş xüsusi iclasında iştirak edəcək.
Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyindən bildiriblər.
Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Yerxovu ölkənin Türkiyədəki səfiri təyin edib. Daha öncə Yerxov Misirdə səfir, İstanbulda isə Rusiyanın baş konsulu vəzifəsini icra edib.
“Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov Ankaradadır. Hava limanında onu Türkiyə XİN-in protokol departamentinin direktoru Şövgi Mütevellioğlu qarşılayıb”, - agentliyin həmsöhbəti bildirib.
Yerxov bu gün Türkiyə parlamentinin sədri İbrahim Qəhrəmanın dəvəti və ölkə prezidenti Rəcəb Tayib Ərdoğanın razılığı ilə Parlamentinin, keçən il iyul ayında ölkədə hərbi çevrilişə cəhdə həsr olunmuş xüsusi iclasında iştirak edəcək.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabr ayının 19-da Ankarada sərginin açılışında qətlə yetirilmişdi. Səfirə atəş açan cinayətkar polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdi.
Femida.az
Oxunub: 1451
Oxşar xəbərlər
- Rusiyanın Azərbaycandakı səfiri vəzifədən azad olunub
- Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub
- Rusiyanın iki hərbçisi Ermənistanda itkin düşüb
- Rusiyanın axtardığı adam Azərbaycanda tutuldu
- Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı
- Rusiyanın neft ixracından gəliri 35% artıb
- Rusiyanın xalq artisti vəfat edib
- Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
- Rusiyanın səfirliyinə hücum cəhdi olub
- Rusiyanın energetika naziri: “Natiq Əliyev əsl peşəkar idi”