Rusiyanın Azərbaycandakı səfiri vəzifədən azad olunub


21:14     27 Noyabr 2017 b1b5ab38526a4c0c68c29b65a9111826.jpg

Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxini Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.


Femida.az -ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Vladimir Dmitriyeviç Doroxin Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.

Qeyd edək ki, V.Doroxin Rusiya prezidentinin 2009-cu il 24 fevral tarixli fərmanı ilə ölkəsinin Azərbaycandakı səfiri postuna təyin edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1352