Rusiyanın hərbi gəmiləri Bakıya gəlib


23:38     23 İyul 2017 gami-2.jpg

Bu gün Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi Bakıya gəlib.


Femida.azın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2416