Hüquqşünas polis qardaşını öldürdü - Bakıda dəhşət


14:18     04 Avqust 2017 bicaq53.jpg

Bakıda qətl hadisəsi törədilib.


Femida.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda Əli Ramazan oğlu Əliyev qardaşı 1983-ci il təvəllüdlü Murad Ramazan oğlu Əliyevi bıçaqlayaraq öldürüb. O, daha sonra hadisə yerindən qaçıb.

Hadisəni törədən şəxs hüquqşünas, onun öldürdüyü qardaşı isə polis əməkdaşıdır.

Hüquq-mühafizə orqanları qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 6343