Ağdaşda məzunlar arasında dava - 18 yaşlı oğlan bıçaqlandı


15:36     11 Avqust 2017 bicaqlayib.jpg

Ağdaş rayonunda gənclər arasında dava baş verib.


Femida.az-ın xəbərinə görə, hadisə rayonun Yuxarı Ləki kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Qasımov Aydın Qalib oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1999-cu il təvəllüdlü Əliyev Orxan Elxan oğlu tərəfindən bıçaqlanıb. Qarın nahiyəsindən bir neçə bıçaq xəsarəti alan 18 yaşlı Aydın Qasımov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

O, cərrahiyyə əməliyyatı olunub, hazırda vəziyyəti orta-ağırdır. Hadisəni törədən şəxs saxlanılıb. Məlumata görə gənclərin hər ikisi bu il Yuxarı Ləki kənd orta məktəbinin bitirib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1635