Ağdaşda çörək sexində bədbəxt hadisə


14:49     16 Sentyabr 2017 meyit%20yeni.jpg

Ağdaş sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


Femida.az xəbər verir ki, hadisə sentyabrın 16-da gecə saat 05:00 radələrində Ağdaş şəhərində fəaliyyət göstərən çörəkbişirmə sexlərinin birində baş verib.

Rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Ceyhun Xalid oğlu işlədiyi sexdə köhnə elektrik naqili ilə ehtiyatsız davranıb. Nəticədə cərəyan onu vuraraq öldürüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1093