Gürcüstana ABŞ tankları gətirilib


17:10     03 Sentyabr 2017 NoblePartner.jpg

Amerika tankları və digər zirehli maşınlar "Agile Spirit 2017" təlimlərində iştirak etmək üçün Gürcüstana gətirilib.


Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, "M1 Abrams" və LAV zirehli transportyorları da daxil olmaqla
Amerika hərbi texnikası Qara dənizdəki Poti limanına gətirilib.

Texnika dəmir yolu vasitəsilə Samtsxe-Cavaxeti regionundakı Orfolo poliqonuna aparılacaq.

"Təlimlərin keçirilməsində məqsəd NATO çevik əməliyyat qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etməyə hazır olmaqdır", - deyə məlumatda bildirilir.

Təlimlər sentyabrın 11-dən 3-dək keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1353