Gürcüstana səfər edən azərbaycanlıların sayı artıb


19:24     04 Sentyabr 2017 tiflis.jpg

2017-ci ilin avqust ayında Gürcüstana 220 314 Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% çoxdur.


APA-nın Gürcüstan DİN-ə istinadən xəbər verir ki, ötən ay qonşu ölkəyə ümimilikdə 1 080 449 nəfər əcnəbi gedib. Bu da ötən ilin göstəricisindən 27,4 faiz çoxdur.

Ötən ay Gürcüstana ən çox səfər edənlər arasında Ermənistan (12% artım), Rusiya (28% artım), Azərbaycan (19% artım), Türkiyə (42%), Ukrayna (4%) və İran (85%) vətəndaşları olub.

Cari ilin yanvar-avqust aylarında isə qonşu ölkəyə səfər edənlərin sayı 5 059 106 nəfər olub. Bu da ötən ilin analoji göstəricisindən 18,9 faiz çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 936