Gürcüstana gedənlərin sayında ciddi artım - STATİSTİKA
17:14 04 Dekabr 2017
Bu il Gürcüstan ən çox Azərbaycandan xarici ziyarətçi qəbul edib.
Gürcüstan Milli Turizm Administrasiyasının yaydığı məlumata görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 1,556,498 nəfər səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10,9% çoxdur.
Cari ilin noyabr ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 125 mindən çox (+11,2%) olub.
2017-ci ilin 11 ayı ərzində qonşu ölkəyə ümulikdə 6, 954, 932 xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 18,4% çoxdur.
Azərbaycanla yanaşı, Gürcüstana ən çox səfər etmiş əcnəbilər arasında Ermənistan (1,530,864 nəfər), Rusiya (1,309,893) və Türkiyə (1,135,830) vətəndaşları da yer alıb.
Femida.az
Oxunub: 636
Oxşar xəbərlər
- Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb
- Gürcüstana ilk qar yağdı
- Gürcüstana səfər edən azərbaycanlıların sayı artıb
- Gürcüstana ABŞ tankları gətirilib
- Gürcüstana getmək istəyənlərin nəzərinə!
- Gürcüstana qaçaqmal daşıyan Ermənistan vətəndaşı tutulub
- Gürcüstana neçə azərbaycanlı səfər edib?
- Gürcüstana uçan təyyarəni ildırım vurdu
- Gürcüstana gedən turistlərin sayı artıb
- Gürcüstana keçmək istəyərkən saxlanıldı