Müdafiə nazirləri bir araya gəldi
01:32 06 Sentyabr 2017
Polşa Respublikasına səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.
Femida.az
Oxunub: 1143
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi ilə Dini Komitə plan hazırlayır
- Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə plan hazırladı
- Müdafiə Nazirliyi məlumat yaydı
- Müdafiə naziri hərbi tibb müəssisələrində olub - FOTOLAR
- Müdafiə Nazirliyindən Milli Məclisdəki tənqidlərə CAVAB
- Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı — Açıqlama
- Müdafiə Nazirliyi Milli Qəhrəmanı andı
- Müdafiə nazirlərinin görüşü başladı
- Müdafiə naziri hərbi texnikalara baxıb
- Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb