Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı — Açıqlama
13:50 29 Noyabr 2017
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Məzəm və Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 1123
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi ilə Dini Komitə plan hazırlayır
- Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə plan hazırladı
- Müdafiə Nazirliyi məlumat yaydı
- Müdafiə naziri hərbi tibb müəssisələrində olub - FOTOLAR
- Müdafiə Nazirliyindən Milli Məclisdəki tənqidlərə CAVAB
- Müdafiə Nazirliyi Milli Qəhrəmanı andı
- Müdafiə nazirlərinin görüşü başladı
- Müdafiə naziri hərbi texnikalara baxıb
- Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb
- Müdafiə nazirləri bir araya gəldi