Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə plan hazırladı
16:33 05 Yanvar 2018
2018-ci ildə Azərbaycan ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
Bu barədə Femida.az- a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.
İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.
Oxunub: 1480
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi ilə Dini Komitə plan hazırlayır
- Müdafiə Nazirliyi məlumat yaydı
- Müdafiə naziri hərbi tibb müəssisələrində olub - FOTOLAR
- Müdafiə Nazirliyindən Milli Məclisdəki tənqidlərə CAVAB
- Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı — Açıqlama
- Müdafiə Nazirliyi Milli Qəhrəmanı andı
- Müdafiə nazirlərinin görüşü başladı
- Müdafiə naziri hərbi texnikalara baxıb
- Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb
- Müdafiə nazirləri bir araya gəldi