Çində beynəlxalq forum başladı - Azərbaycan da iştirak edir (YENİLƏNDİ)


14:35     19 Sentyabr 2017 form.jpg

Sentyabrın 19-da Çin Xalq Respublikasının (ÇXR) Qansu əyalətinin Dunxuan şəhərində “Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum işə başlayıb.


Femida.az xəbər verir ki, forumda 126 ölkədən 265 media nümayəndəsi iştirak edir. Eyni zamanda tədbirə Çinin yüksək səviyyəli dövlət rəsmiləri , ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Forumun iştirakçıları arasında Femida.az-ın redaktoru Günay Arda da var.

İlk dəfə 2014-cü ildə təşkil edilən foruma, sonuncu dəfə 101 ölkənin 212 əsas media nümayəndəsi qatılıb.

Forumun açılış mərasimində çıxış edən Çinin ingilisdilli "People`s Daily" qəzetinin vitse-prezidenti Zhang Jianxing "Bir kəmər - bir yol" strategiyasının ölkəsi və təşəbbüsün iştirakçısı olan ölkələr üçün əhəmiyyətindən danışıb:

“Bir kəmər- bir yol” lahiyəsini özündə əks etdirən media forumun hər il daha geniş miqyasda təşkil edilməsinin səbəbi ondan ibarətdir ki, biz Çin Respublikası, Çin Respublikasının “Xalqın günlüyü” qezeti istəyirik ki, dünya mediası tarixi yüzilliklərə dayanan İpək yolunun səs gücləndiricisi vəzifəsini özündə daşısın. Tədbirin məhz Dunxuanda keçirilməsi də tesadüfi deyil. Bura dünya insanlıq tarixinin 7 əsas mirasını özündə daşıyır. Dunxuan iki fərqli dünyanı – köhnə və müasir iqtisadi dünyanu özündə birləşdirir. Bu açılışda medianın öz gücü ilə bağlı əminliyini möhkəmlətməyi istəyirik”.

***

Pakistan “Associated Press” agentliyinin icraçı direktoru Masood Malik:

“Bir kəmər, bir yol” lahiyəsi bizə yeni lahiyələri həyata keçirmək üçün imkanlar yaradır. Bizim iqtisadi inkişafımız üçün mane törədən maddi problemlərimiz var. Maddi problemlər “İpək yolu”na daxil olan ölkələrin qatıldığı lahiyələrdə yaxından iştirak etməkdə bizə problem yaradır. Odur ki, forum bizə qarşılıqlı inam və imkanlar yeridir. Resurs məhduddiyyətlerini aradan qaldırır. Pakistan Cənubi Asiyanın ilk ölkəsidir. İqtisadi mədəni əlaqələr istiqamətində əməkdaşlığı sıxlaşdırmaq hamımıza faydalır”.


Qeyd edək ki, 2014-cü ildə Çin dövləti tərəfindən “Bir kəmər - bir yol” strategiyası elan olunub. Bu strategiyanın iki mühüm tərəfi var – İpək yolu strateji kəmər və dəniz ipək yolu. Əsas məqsədləridən biri Avrasiya qitəsinin bir başından digərinə malların daha sərbəst, daha güzəştli hərəkətinə nail olmaqdır. Yəni, yaradılacaq nəqliyyat dəhlizləri Asiya Sakit Okean regionunu Avropa və qərblə birləşdirməlidir.








Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1382