Çində sürüşmə nəticəsində 6 nəfər öldü


19:28     26 Noyabr 2017 cin%20meden%20ucqub4.jpg

Çinin Quansi-Çjuan muxtar rayonunda dağ süxurlarının sürüşməsi nəticəsində 6 nəfər ölüb, daha 9-u yaralanıb.


Femida.az -ın məlumatına görə, bu barədə “Telesur” telekanalı məlumat yayıb.

Hadisə Maşan qəzasının Nannin şəhər dairəsində qeydə alınıb.

Bundan əlavə, bir nəqliyyat vasitəsi dağıntılar altında qalıb. Daş zərbələrindən ciddi zərər çəkən maşının içərisində sərişin olub-olmadığı məlum deyil.

Əraziyə xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1009