Çində iki gəmi toqquşdu - 12 itkin


22:19     27 Noyabr 2017 shipbreaking-alang.jpg

Çinin cənubunda bir göldə iki gəmi toqquşub. Qəzadan sonra 12 nəfərdən heç bir xəbər yoxdur.


Femida.az xəbər verir ki, bu barədə Çinin Sinxua xəbər agentliyi məlumat yayıb. Məlumata görə, cənubdakı Quanqdonq əyalətinə bağlı Quanqcou şəhərinin yaxınlığındakı göldə biri polad, digəri qum daşıyan iki gəmi toqquşub. Qəzada qum daşıyan yük gəmisi batıb. Batan gəminin ekipajından 14 nəfər xilas edilib, geriyə qalan 12 nəfərdən isə heç bir xəbər yoxdur.

Quanqdonq eyalətinin səlahiyyətli nümayəndələri bildirib ki, xilasetmə tədbirləri çərçivəsində bölgəyə helikopter və xeyli sayda sahil təhlükəsizlik gəmisi yönləndirilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1107