Şəhid zabitin övladı oldu - FOTO


16:07     26 Sentyabr 2017 sehid%20usagi.jpg

Bu ilin fevralında Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının xanımı ötən gün oğlan övladı dünyaya gətirib.


Femida.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Maraqlı bir məqamsa, Tural Haşımlının fevralın 24-dən 25-nə keçən gecə şəhid olması və oğlunun da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlməsidir.

Xatırladaq ki, baş leytenant Tural Haşımlı 2017-ci ildə, Fevral döyüşləri zaman şəhid olub. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Tural Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı.



Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 4714