Şəhid polkovnikin xanımına vəzifə verildi
13:20 29 Sentyabr 2017
Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub.
Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.
N. Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.
Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Femida.az
Oxunub: 2913
Oxşar xəbərlər
- Şəhid ailələrinə ev verilib - FOTO
- Şəhid gizirimizin dəfnindən ürəkdağlayan FOTOLAR
- Şəhidimiz dəfn olunub
- Şəhidimiz sabah dəfn olunacaq
- Şəhid gizirimizin FOTOLARI
- Şəhidin medal ailəsinə verildi
- Şəhid bacısına beynəlxalq fondda vəzifə verildi
- Şəhid əsgərimiz Saatlıda dəfn ediləcək
- Şəhid atası Abdulatipovun yerinə gətirilir - DOSYE
- Şəhid zabitin övladı oldu - FOTO