İdmançılarımız beynəlxalq yarışlardan kənarlaşdırılıb
23:41 30 Sentyabr 2017
Azərbaycan Ağır Atletika Federasiyası bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilib.
Femida.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi Rumıniyanın paytaxtı Buxarestdəki iclasında qərar qəbul edib.
Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna da analoji cəzaya məruz qalıb.
Qərar oktyabrın ortalarından qüvvəyə minəcək. Başqa sözlə, bu ölkələr 28 noyabr - 5 dekabrda ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatına buraxılmayacaqlar.
Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.
Femida.az
Oxunub: 980
Oxşar xəbərlər
- İdmançılarımız bu il 851 medal qazanıb
- İdmançılarımızdan dopinq tapıldı - RƏSMİ
- İdmançılarımız dünya çempionu oldular
- İdmançılarımız 25 medal qazandı -Avropa çempionatında
- İdmançılarımız 512 medal qazanıb
- İdmançılarımız beynəlxalq yarışda iştirak edəcək
- İdmançılarımızın medalları əllərindən alınıb
- İdmançılarımız dünya çempionatında tarix yazdılar - FOTO
- İdmançılarımız 42-ci lisenziyanı qazandı
- İdmançılarımız dünya çümpionu olub