İdmançılarımız bu il 851 medal qazanıb
18:59 18 Dekabr 2017
Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında deyib. Onun sözlərinə görə, medallardan 347-si "qızıl"dır: "Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar. 851 medal qazanmışıq və sevindirici hal ondan ibarətdir ki, həm döyüş, həm komanda, həm də intellektual idman növlərində bizim idmançılarımız çempiondurlar, qalibdirlər".
Qeyd edək ki, Azərbaycan idmançıları 2016-cı ildə 837 medal qazanıb. Medalların 297-si qızıl olub.
Femida.az
Oxunub: 1063
Oxşar xəbərlər
- İdmançılarımız beynəlxalq yarışlardan kənarlaşdırılıb
- İdmançılarımızdan dopinq tapıldı - RƏSMİ
- İdmançılarımız dünya çempionu oldular
- İdmançılarımız 25 medal qazandı -Avropa çempionatında
- İdmançılarımız 512 medal qazanıb
- İdmançılarımız beynəlxalq yarışda iştirak edəcək
- İdmançılarımızın medalları əllərindən alınıb
- İdmançılarımız dünya çempionatında tarix yazdılar - FOTO
- İdmançılarımız 42-ci lisenziyanı qazandı
- İdmançılarımız dünya çümpionu olub