İdmançılarımız dünya çümpionu olub
20:51 13 Oktyabr 2015
Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandası Latviyanın paytaxtı Riqada keçirilmiş dünya çempionatında 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.
Femida.az-ın məlumatına görə, medallardan 4-ü yeniyetmələrin mübarizəsində əldə olunub.
56 kq çəki dərəcəsində yarışan Nəriman Əhmədov Rusiyanı təmsil edən milliyyətcə erməni Vladimir Mnatsakanyanı finalda yenərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Dünyamalıyev (52 kq) gümüş, Əliş Yusifov (48 kq) və Aslan Mirzəyev (87 kq) bürünc medala yiyələnib.
Gənclərin yarışında isə İlkin Babazadə (60 kq) qızıl, Əmrah Bayramov (57 kq) gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan samboçuları dünya çempionatında Yaqub Abdullayevin rəhbərliyi altında döyüşüb.
Oxunub: 870
Oxşar xəbərlər
- İdmançılarımız bu il 851 medal qazanıb
- İdmançılarımız beynəlxalq yarışlardan kənarlaşdırılıb
- İdmançılarımızdan dopinq tapıldı - RƏSMİ
- İdmançılarımız dünya çempionu oldular
- İdmançılarımız 25 medal qazandı -Avropa çempionatında
- İdmançılarımız 512 medal qazanıb
- İdmançılarımız beynəlxalq yarışda iştirak edəcək
- İdmançılarımızın medalları əllərindən alınıb
- İdmançılarımız dünya çempionatında tarix yazdılar - FOTO
- İdmançılarımız 42-ci lisenziyanı qazandı