Nazirlər Kabinetinin iş qaydası və Aparatının Əsasnaməsi təsdiq edildi
22:56 10 Oktyabr 2017
Femida.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanla Nazirlər Kabinetinə tapşırılır:
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;
- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Femida.az
Oxunub: 723
Oxşar xəbərlər
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazirlər mətbuat konfransında dalaşdı
- Nazirlər Kabinetinin sabiq əməkdaşının məhkəməsi başlayır
- Nazirlər Kabinetində ştat sayı artırıldı
- Nazirlərin konfransında Bakı Bəyannaməsi qəbul olundu
- Nazirlər Kabinetinin əməkdaşları qəzaya düşdü - ölən var
- Nazirlər Kabinetinin səlahiyyəti artırıldı
- Nazirlər bölgələrə gedir
- Nazirlər Kabinetində qaçqınların statusu ilə bağlı iclas keçirildi
- Nazirlərin Tbilisi görüşü başlayıb