Nazirlər Kabinetinin əməkdaşları qəzaya düşdü - ölən var


19:22     24 Noyabr 2017 bfa18a5c-3f57-4ed6-89ba-cbf7d82b5f83.jpg

Ağdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var.


Femida.az `Report`a istinadən xəbər verir ki, hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2153